media-istock-1217602682-494331

Böyük Britaniyanın paytaxtı Londonda mütəşəkkil cinayətkar dəstələrə qarşı genişmiqyaslı polis əməliyyatlarına başlanılıb.

Patrul.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, əməliyyatlar xüsusilə ölkədə əsas silah təchizatçılarından biri kimi tanınan türk mənşəli mafiyalara qarşı həyata keçirilir.

Son əməliyyat zamanı polis əməkdaşları qapını sındıraraq daxil olduqları ünvanda 35 yaşlı şübhəlini saxlayıblar. Şəxs narkotik maddələrin tədarükündə ittiham olunur və barəsində məhkəmə prosesi başlanıb.

Əməliyyat nəticəsində təkcə bir türk cinayət dəstəsi tərəfindən Böyük Britaniyaya qanunsuz yolla gətirilən 138 ədəd odlu silah və 2500 patron müsadirə edilib.

Məlumata görə, türk mütəşəkkil cinayət qrupları odlu silahların qanunsuz dövriyyəsi baxımından Britaniya, xüsusilə də London üçün bir nömrəli təhlükə hesab olunur. “Bombers” və “Tottenham Boys” kimi heroin qaçaqmalçılığı ilə məşğul olan Türkiyə mənşəli qruplar qanlı toqquşmaları ilə tanınır.

Qeyd edilir ki, Londonda qətl hadisələrinin artması da bu dəstələrin fəaliyyəti ilə əlaqələndirilir. Belə ki, ötən illə müqayisədə 2021-ci ildə gənclər arasında qətllərin sayı 8 nəfərdən 30 nəfərə yüksəlib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər