media-inshot_20250630_111252575

Norveçdə şans oyunlarının həvəskarları cümə günü mobil telefonlarına gələn bildirişlə arzulara qovuşduqlarını zənn ediblər. 

Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, “Eurojackpot” oynayan minlərlə insan öz hesablarında milyonlarla kron qazanc görüb sevincə boğuldu. Lakin bu sevinc çox qısa sürdü.

Dövlət dəstəkli “Norsk Tipping” şirkəti, qazanc məbləğlərinin avrosentdən Norveç kronuna çevrilərkən yanlışlıqla 100 dəfə artırıldığını açıqlayıb. Yəni əslində 1.900 manat qazanan şəxs hesabında 202.000 manat görüb.

İlkin olaraq sevinc içində olan bəzi qaliblər tətillər planladı, bəziləri isə ev almağa və ya yeniləməyə qərar verdi. Lakin səhv ödənişlər heç bir zaman həyata keçirilmədi. Doğru məbləğlər isə şənbə axşamı sistemdə yenilənərək əvvəlki halına gətirildi.

Hadisədən sonra yaranan böyük etibar böhranı nəticəsində “Norsk Tipping” şirkətinin icraçı direktoru Tonye Saqstuen istefa verdi.

“İnsanlarda böyük məyusluq yaratdıq, bu, ciddi bir etimad itkisi idi”, deyən Saqstuen, səhvin məsuliyyətini tam şəkildə üzərinə götürdüyünü bildirdi.

Skandaldan dərhal sonra şirkətin bağlı olduğu Norveç Mədəniyyət Nazirliyi təcili iclas çağırdı. Mədəniyyət və Bərabərlik naziri Lubna Caffery, “Bu cür texniki səhvlər qəbuledilməzdir.

“Norsk Tipping”in daha ciddi nəzarətə ehtiyacı var”, – deyə açıqlama verdi.

Son bir ildə dəfələrlə texniki nasazlıqlar və oxşar səhvlərlə gündəmə gələn “Norsk Tipping”, ictimaiyyətin itirilmiş etimadını bərpa etmək üçün ciddi və köklü addımlar atacağını vəd edib.

Ləman Sərraf


Bənzər xəbərlər