media-inshot_20251101_001252940

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ekoloji resurslarının Avropa üçün əhəmiyyətindən danışaraq maraqlı açıqlama verib.

Patrulaz.az “İzvestiya”ya istinadla xəbər verir ki, dövlət başçısı Berezinski biosfer qoruğuna səfəri zamanı qoruqların və bataqlıqların qorunub saxlanmasının strateji vacibliyini vurğulayıb.

Lukaşenko Aİ ölkələrinin Belarusun təbii sərvətlərindən dolayısı ilə faydalandığını bildirib. Dövlət başçısı Avropa İttifaqına küləklərin Belarusun meşə və bataqlıqlarından təmiz hava daşıdığını, lakin bunun müqabilində Minskə heç bir ödəniş edilmədiyini deyərək narazılıq bildirib:

“Vaxt gələcək ki, Avropa qoruduğumuz sərvətlərə – Allahın bizə bəxş etdiyi meşələrə, bataqlıqlara və ağaclara görə bizə pul ödəyəcək. Oksigen bizim bataqlıqlarımızdan və meşələrimizdən gəlir. Avropada bu təbii sərvətlər yoxdur, amma bizdə var. Külək həmin təmiz havanı ora aparır və onlar bizim hesabımıza rahat nəfəs alırlar. Bunun əvəzini ödəməlidirlər”, – deyə Belarus lideri bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, Belarusun ekoloji sistemlərinin qorunması həm ölkə, həm də region üçün uzunmüddətli əhəmiyyət daşıyır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər