Lüksemburq şahzadəsi nadir xəstəlikdən 22 yaşında dünyasını dəyişib
Lüksemburq şahzadəsi Frederikin 22 yaşında dünyasını dəyişdiyi bildirilib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Lüksemburq şahzadəsi Robert və şahzadə Julinin üç övladının ən kiçiyi olan Frederik “POLG” kimi tanınan nadir xəstəliklə mübarizə aparırdı. Şahzadənin ailəsi Frederikin 2022-ci ildə təsis etdiyi “POLG” Fondunun saytında oğlunun martın 1-də Parisdə dünyasını dəyişdiyini açıqlayıb. Lüksemburq şahzadəsi Robert açıqlamasında deyib: “Həyat yoldaşım və mən oğlumuz, “POLG” Fondunun təsisçisi və kreativ direktoru Frederikin vəfatı barədə sizə məlumat verməkdən çox kədərlənirik”.
Fond “POLG” xəstəliyini orqan hüceyrələrinin enerjisini oğurlayan, çoxlu orqan disfunksiyası və uğursuzluqla nəticələnən genetik mitoxondrial xəstəlik kimi təyin edir. Bildirilir ki, xəstəliyin müalicəsi yoxdur.