Madonna Qəzzada uşaqlara dəstək üçün Papaya müraciət etdi
Madonna Papadan Qəzzəyə səfər etməsini xahiş edib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbır verir ki, dünya şöhrətli müğənni Madonna İnstaqram səhifəsində Müqəddəs Ataya müraciət edərək, onu Qəzzəyə gedib fələstinli uşaqlara dəstək olmağa çağırıb.
“Müqəddəs Ata, lütfən, Qəzzəyə get və öz işığını uşaqlara çatdır. Bir ana kimi onların əziyyət çəkməsinə dözə bilmirəm. Bizdən yalnız sən varsan ki, oraya girişə maneə ola bilməz,” – deyə Madonna bildirib.
Qeyd edək ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar yardım daxil olmur. İsrailin qərarı ilə bölgəyə giriş-çıxışa nəzarət edən bütün keçid məntəqələri bağlanıb. Hazırda ərzaq yardımı yalnız İsrail və ABŞ-ın nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə paylanır.
Bu vəziyyət bölgədə humanitar böhranı daha da ağırlaşdırır və minlərlə insanın həyatına təhlükə yaradır.
Gülbəniz Səfərova






