Maduro və həyat yoldaşı məhkəmə yolunda - Hakim yəhudi olacaq
Yanvarın 3-də Vensuelanın paytaxtı Karakasda ABŞ Silahlı Qüvvələri tərəfindən saxlanılan Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores məhkəməyə aparılıb.
Patrul.az “El-pais”ə istinadən xəbər verir ki, Nyu-York şəhərində məhkəməsi gedən cütlüyün işinə 92 yaşlı ortodoks yəhudi hakimi Alvin Hellerstein sədrlik edəcək.
Görüntülərdə Maduronun əlləri qandallı şəkildə ABŞ Silahlı Qüvvələri tərəfindən Nyu-York məhkəməsinə aparıldığı əks olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Venesueladan sonra Qrenlandiya, Meksika, Kolumbiya, Kuba və İranla bağlı da təhdid xarakterli açıqlamalar verib.
Gülbəniz Səfərova






