media-inshot_20260107_091549249

Ötən günlərdə Venesuelada ABŞ hərbi qüvvələrinin ölkənin prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanılması üçün keçirdiyi əməliyyatda ölənlərin sayı açıqlanıb.

Patrul.az The Washington Post” ( WP) qəzetinin vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, gecə keçirilən hərbi əməliyyat nəticəsində ən azı 67 nəfərin həlak olduğu bildirilir.

Başqa bir mənbə isə ölənlərin sayını 75–80 arasında göstərib. Ölənlər arasında həm Venesuela təhlükəsizlik qüvvələrinin üzvləri, həm də döyüşlərin ortasında qalmış mülki şəxslər olduğu qeyd olunur.

Həmçinin əməliyyat zamanı altı amerikalı əsgərin yaralandığı da bildirilib. Onlardan bəzilərinin Maduronun iqamətgahı yaxınlığında baş verən atışma zamanı güllə xəsarəti aldığı vurğulanır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə yanvarın 3-də “Delta Force” adlı elit xüsusi təyinatlı qüvvələr Venesuelanın paytaxtı Karakasdakı hərbi əməliyyat nəticəsində Maduro və həyat yoldaşını saxlayaraq ABŞ-nin Nyu-York şəhərinə aparıblar. Onlar əsasən narkotik qaçaqmalçılığında ittiham olunurlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər