media-inshot_20260220_231429457

Son günlər magistratura imtahanının birinci və ikinci cəhdi ilə bağlı tələbələr arasında müzakirələr getməkdədir. Bir çoxları ikinci cəhdi birinciyə nisbətən daha asan olub-olmaması məsələsini maraqla müzakirə edir, bəzi tələbələr ikinci cəhdi sınaq təcrübəsinə görə daha rahat hesab edir, digərləri isə eyni çətinlik səviyyəsinin saxlanacağını düşünür. Bu mövzu xüsusilə bakalavriatdan magistraturaya keçid üçün ciddi hazırlıq görən tələbələrə aktualdır.

Bəs, magistratura imtahanının birinci və ikinci cəhdi arasında çətinlik səviyyəsi baxımından real fərq olurmu?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, imtahanın hər iki mərhələsinin çətinlik səviyyəsi eynidir. Əsas məsələ hər iki imtahanda da iştirak edən şəxsin hazırlıq durumudur:

media-inshot_20260220_231120365

“Magistratura imtahanının birinci cəhdlə ikinci cəhdi arasında çətinlik səviyyəsi baxımından adətən ciddi və kəskin fərq olmur. Hər iki mərhələ eyni proqram, eyni qiymətləndirmə meyarları və oxşar çətinlik standartları əsasında tərtib edilir. Məqsəd iştirakçılar arasında ədalətli rəqabət mühiti yaratmaqdır. Bəzən sualların forması və ya mövzu paylanması fərqli görünə bilər, lakin ümumi çətinlik səviyyəsi balanslaşdırılır. Ona görə də nəticələr daha çox namizədin hazırlıq səviyyəsindən və psixoloji durumundan asılı olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər