media-i-28

Fransa Prezidenti Emmanuel Makron İsrailin Baş Naziri Benyamin Netanyahuna məktub göndərərək Qəzza zolağının işğalı qərarının İsrailə heç vaxt qələbə gətirməyəcəyini bildirib.

Patrulaz.az “France24″ə istinadən xəbər verir ki, Makron məktubunda qeyd edib:

“Qəzzanın işğalı, fələstinlilərin məcburi köçkün edilməsi, aclıqdan öldürülməsi, nifrət dolu ritorika ilə insanlıqdan çıxarılması və İordan çayının qərb sahilinin ilhaqı heç vaxt İsrailə qələbə gətirməyəcək”.

Makron Netanyahunu Qəzzada “əbədi müharibənin ölümcül və qeyri-qanuni çıxılmaz vəziyyətindən çıxmağa” çağırıb və İordan çayının qərb sahilində Fələstin torpaqlarının qəsbinə son qoyulmasını tələb edib.

Bu açıqlama Netanyahunun əvvəlki məktubunda Fransanı antisemitizm alovunu qızışdırmaqda ittiham etməsindən sonra gəlib.


Bənzər xəbərlər