media-inshot_20250807_232508217

Kanadanın Vankuver şəhərində qeyri-adi və eyni zamanda qorxulu hadisə yaşanıb.

Patrulaz.az xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən, qapısı açıq qalan evə ayı daxil olub. Lakin ev sahibinin balaca iti təhlükəni hiss edərək dərhal ayıya hücum çəkib.

Sənətçiyə məxsus olduğu bildirilən evə daxil olan nəhəng ayı, Spits cinsindən olan kiçik itin hürməsi və cəsarətli reaksiyası qarşısında geri çəkilib.

Maraqlısı budur ki, ev sahibi iti sakitləşdirmək üçün onu çağırsa da, balaca qəhrəman ayını təqib etməkdə israrlı olub. Ayı isə təşviş içində qaçaraq təkcə evdən yox, həm də həyətin hasarını aşaraq ərazidən uzaqlaşıb.

Hadisə ani anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Maraqlı görüntüləri təqdim edirik:


Bənzər xəbərlər