Marsdan gələn bu daş rekord qiymətə satışa çıxarıldı
Marsdan Yerə düşdüyü təsdiqlənmiş ən böyük meteorid iyulun 16-da Nyu-Yorkda Sothebys hərrac evində satışa çıxarılacaq.
Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, 2023-cü ilin noyabrında Nigerin Aqadez bölgəsində aşkarlanan və 24,5 kiloqram çəkisi olan “NWA 16788″ adlı meteoridin 4 milyon dollara qədər satılacağı müəyyənləşdirilib.
Sothebys-in elm və təbiət tarixi üzrə vitse-prezidenti Kassandra Hatton meteoridin unikallığını belə ifadə edib:
“Qırmızı rəngi, ölçüsü və qədim teksturası ilə bu daş Marsla nadir fiziki qarşılaşmadır. Bu, nəsildə bir dəfə rast gəlinən kəşfdir”.
Qeyd edək ki, bu meteorid Yer üzündə tapılmış 400-ə yaxın Mars mənşəli göy cisminin içində ən böyüyüdür və əvvəllər aşkarlanan meteoriddən 70 % böyükdür.