media-photo-output

Masazırda marketdən alınan yağ kifli və pis qoxulu çıxıb.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, iyunun 5-də Masazır qəsəbəsində “A plus” marketdən Yeni Zelandiyanın Fonterra kərə yağını 11 manat 90 qəpiyə alan alıcı məhsulu açarkən onun kifləndiyini və bəzi hissələrinin qaraldığını görərək narazılığını bildirib.

Vətəndaşın redaksiyamıza təqdim etdiyi videogörüntülərdə yağdan pis qoxu gəldiyi də qeyd olunur.

Məsələ ilə bağlı diqqətçəkən məqam odur ki, məhsulun son istifadə tarixi 6 iyun 2025-ci il göstərilsə də, vətəndaş onu yalnız bir gün əvvəl – iyunun 5-də alıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər