Mebelinizdə ləkə qalmasını istəmirsinizsə, BU ÜSULLARI YOXLAYIN
Mebellər evimizin gözəlliyini tamamlayan əsas detaldır. Amma gündəlik istifadədə istər yemək, istər içki, istərsə də toz və çirklənmələr onların üzərində xoşagəlməz ləkələr yarada bilər.
Patrulaz.az-ın araşdırmasına görə, mebellərinizdə ləkələrin qalıcı olmasını istəmirsinizsə, aşağıdakı sadə üsulları yoxlaya bilərsiniz:
Masa örtüklərindən istifadə edin – xüsusən də taxta masalarda su, çay və ya qəhvə izləri tez qalır. Örtük və ya fincan altlığı bu problemlərin qarşısını alır.
Təbii qarışıqlardan yararlanın – sirkə və su qarışığı taxta mebellərdəki bəzi izləri təmizləməyə kömək edir. Parıldatma üçün isə zeytun yağı ilə pambıq istifadə edə bilərsiniz.
Günəş işığından qoruyun – günəş şüaları taxta və parça mebellərdə həm rəng solmasına, həm də bəzən ləkəvari izlərin yaranmasına səbəb ola bilər.
Nano-texnologiyalı qoruyucu örtüklər – son illərdə populyarlaşan bu örtüklər mebelin üzərinə çəkildikdə demək olar ki, görünməz olur, amma su və ya yağ töküləndə sadəcə damcı kimi qalır, hopmur.
Şüşə və ya akril qoruyucu istifadə etmək – yemək və ya iş masalarının üzərinə şəffaf qoruyucu şüşə qoymaq həm estetik görüntünü pozmur, həm də ləkələrin qarşısını alır.
Müntəzəm baxım – sadəcə ləkəni silmək deyil, müəyyən aralıqlarla mebellərə xüsusi baxım kremləri və cilalar vurmaq da həm ləkə qoruyucu təsir edir, həm də mebelin ömrünü uzadır.
Ləman Sərraf






