media-inshot_20260123_175042847

Afrika Millətlər Kubokunun qalibi olan, “Teranqa şirləri” kimi tanınan Seneqal milli komandasının futbolçuları ölkə prezidentindən gözlənilməz sürpriz alıblar.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Seneqal Prezidenti Bassirou Diomaye Faye Mərakeş üzərində qazanılan qələbəyə görə milli komandanın futbolçularına 75 milyon CFA frankı (təxminən 115 min avro) məbləğində pul mükafatı təqdim edib.

Bununla kifayətlənməyən Prezident, futbolçulara Petite Côte bölgəsində hər biri 1500 kvadratmetr olmaqla torpaq sahələri də bağışlayıb.

Prezident Faye bildirib ki, futbolçular təkcə meydanda idman uğurları qazanmayıblar, eyni zamanda ölkənin şərəfini beynəlxalq arenada layiqincə təmsil ediblər.

Qeyd edək ki, torpaq mükafatı Seneqal idmançılarına verilən ən əlamətdar və nadir təşviq jestlərindən biri hesab olunur.


Bənzər xəbərlər