Mədəndə dəhşətli faciə: Metan qazı partlayış yaratdı, 9 nəfər həlak oldu
Kolumbiyanın kömür mədənində partlayış baş verib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Kundinamarka departamentində yerləşən “La Ciscuda” kömür mədənində qeydə alınıb.
Partlayış nəticəsində mədəndə olan 15 işçidən 9-u həlak olub, qalan 6 nəfər isə xilas edilərək xəstəxanaya yerləşdirilib.
Milli Mədən Agentliyinin (ANM) ilkin rəyinə əsasən, partlayışa mədəndə yığılan metan qazı və kömür tozunun yüksək konsentrasiyası səbəb olub.
Qeyd edək ki, agentlik aprelin 9-da həmin mədəndə yoxlama aparıb və təhlükəli qaz yığılması ilə bağlı xəbərdarlıq edərək təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tövsiyə edib.






