media-31e4261b-60fd-49a3-acef-df41867e24e4

Bakıda “Meydan TV” işi çərçivəsində saxlanılan jurnalist Ülviyyə Quliyeva barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Patrulaz.az “Trend”ə istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Ülviyyə Quliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə vəsatət təqdim olunub. Məhkəmə təqdimata bu gün baxaraq vəsatəti təmin edib.

Qərara əsasən, jurnalist Ülviyyə Quliyeva barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Qeyd edək ki, “Meydan TV” işi üzrə daha əvvəl jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı, Aysel Umudova, Nurlan Qəhrəmanlı, Şəmşad Ağa, Fatimə Mövlamlı və Ülvi Tahirov da saxlanılıb və barələrində müxtəlif qətimkan tədbirləri seçilib.


Bənzər xəbərlər