media-inshot_20260326_112834592

Rusiyanın Çelyabinsk şəhərində yerləşən 32 saylı məktəbdə baş verən atışma nəticəsində beş nəfər xəsarət alıb.

Patrul.az xəbər verir ki, yeniyetmə məktəbə plastik arbalet, qaz baloncuğu və siqnal tapançası gətirib.

Martın 26-da o, həmin siqnal tapançasından istifadə edərək sinif yoldaşına atəş açıb. Bundan sonra 9-cu sinif şagirdi məktəbin dördüncü mərtəbəsinin dəhlizindən pəncərədən tullanıb və xəsarət alıb.

Məlumata görə, hadisə nəticəsində ümumilikdə beş nəfər zərər görüb, onların arasında hücum edən yeniyetmə də var.

Çelyabinsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib ki, yaralılardan ikisi xəstəxanaya yerləşdirilib.

Atəşi açan şəxsin 15 yaşlı məktəbli olduğu qeyd olunur. Şagirdlərdən birinin sözlərinə görə, o, əvvəllər sakit və diqqət çəkməyən biri kimi tanınırdı.

Aynur Nadirqızı


Bənzər xəbərlər