Melaniya Trampın libası muzeyə göndəriləcək
ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonra keçirilən ziyafətdə birinci xanım Melaniya Trampın geyindiyi paltar ənənəyə uyğun olaraq Vaşinqtondakı “Smithsonian” muzeyinə göndəriləcək.
“Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, muzeydə 35-dən çox birinci xanım paltarı var. Melaniya Trampın ziyafətdə geyindiyi “Herve Pierre”in libas isə “Harri Uinston” boyunbağı ilə tamamlanıb.
Qeyd edək ki, Trampın andiçmə mərasimini 24,6 milyon televiziya izləyicisi izləyib. Bu, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2013-cü ildə ikinci andiçmə mərasimindən bəri ən aşağı reytinqdir.