media-inshot_20260427_074420329

“Mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm, pedofil də deyiləm”.

Patrul.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CBS televiziyasına verdiyi müsahibədə, Vaşinqtonda şam yeməyi zamanı ona hücum edən sui-qəsdçi Allenin ittihamlarına cavab olaraq bildirib.

Tramp şübhəlinin onun barəsində səsləndirdiyi iddiaları “xəstə  insanın boşboğazlığı” adlandırıb:

“Mən bütün ittihamlardan tamamilə azadam. Bu işlərdə, Epşteyn məsələsində və ya digər məsələlərdə iştirak edənlər masanın digər tərəfində oturan dostlarınızdır”.

O, aparıcının həmin iddiaları səsləndirməsinə görə “utanmalı olduğunu” da deyib:

“O hissəni oxuyacağınızı gözləyirdim, çünki bunu edəcəyinizi bilirdim. Çünki siz dəhşətli insanlarsınız”.

Tramp iddiaların “onunla heç bir əlaqəsi olmadığını” da vurğulayıb.

Qeyd edək ki, verilişin aparıcısı müsahibənin bir hissəsində şübhəli Allenin qeydlərindən belə bir cümlə sitat gətirib:

“Artıq əllərimin pedofil, təcavüzkar və xainin cinayətləri ilə ləkələnməsinə icazə verməyəcəyəm”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər