media-inshot_20250623_111426121

Süper Liqanın nəhəngi “Qalatasaray”, 2024–2025 mövsümünü həm Süper Liqa, həm də Türkiyə Kubokuçempionluğu ilə başa vurdu.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, yeni mövsümə hazırlıq çərçivəsində 19–23 iyul tarixlərində Avstriyanın Windischgarsten bölgəsində təlim-məşq toplanışı keçirməyi planlaşdıran sarı-qırmızılı komanda istirahətə çəkilib. Komandanın gənc ulduzu Barış Alper Yılmaz da tətildə olanlar sırasındadır..

Dostları ilə birlikdə dəniz kənarında yerləşən bir məkanda əylənən 25 yaşlı futbolçu Barış Alper, sosial şəbəkələrdə maraqla izlənən görüntülərlə gündəmə gəlib.

Musiqinin təsiri ilə coşan futbolçu, dostunun başında boşqab sındırıb. Ulduz oyunçunun bu hərəkətindən sonra ətrafdakıların qəhqəhə çəkib gülməsi də diqqətdən yayınmayıb.

Ləman Sərraf


Bənzər xəbərlər