media-inshot_20250806_104422013

Tatarıstanda məşhur rəssam və müğənni Gülnaz Asayeva və onun musiqi qrupuna təbiət qoynunda istirahət zamanı ayı hücum edib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə qrup üzvlərinin tonqal başında oturub ət qovurduqları zaman baş verib. Qoxunu hiss edən yırtıcı ayı qəfil ortaya çıxaraq musiqiçilərə hücum edib.

Məlumata görə, Gülnaz Asayevanın azyaşlı qızını qorumağa çalışan konsert rejissoru hücum zamanı yaralanıb.

Hadisə anbaan videoya çəkilib və sosial şəbəkələrdə geniş yayılıb. Görüntülər izləyicilər arasında təşvişə səbəb olub.

Müğənni və digər qrup üzvləri hadisədən sağ çıxıb. Yaralı rejissor isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin sabit olduğu bildirilir.

media-img_20250806_102722_859

Gülbəniz Səfərova 


Bənzər xəbərlər