media-inshot_20260506_141946255

Sevilən mahnıları ilə milyonlarla insanın rəğbətini qazanan türkiyəli ifaçı Anıl Emre Daldal hər kəsi şoka salan bir açıqlama yayaraq karyerasını bitirdiyini elan edib.

Patrul.az xəbər verir ki, sənətçi sosial media hesabındakı paylaşımında musiqi sektorundakı çirkin oyunlardan, adını ləkələmək istəyənlərdən və məruz qaldığı dələduzluqlardan bezdiyini bildirib:

“Bu sektorun içindəki pisniyyətli insanlarla baş edəcək qədər pis qəlbli deyiləm. Yoruldum! Lüks və şöhrət arxasınca qaçmıram”, – deyə o, kəskin etirazını bildirib.

Qeyd edək ki, 6 yaşından bəri həm idman, həm də incəsənətlə yaxından maraqlanan Anıl Emre Daldal sənətinə 2016-cı ildə “Sor Bakalım İyi Miyim” adlı ilk mahnısı ilə başlayıb.

Müğənni xaricdəki ilk konsertini isə illər öncə Bakıda verib. O, məhz sonuncu konsertini də 31 mayda Bakıda keçirməklə karyerası ilə vidalaşacağını vurğulayıb.

“M.”, “AF.”, “B.” kimi hitlərin müəllifi olan sənətçinin bu qərarı pərəstişkarları arasında böyük üzüntü yaratsa da, o, son dəfə Bakı səhnəsində parlayacağına söz verib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər