media-inshot_20260108_090350600

“İnter Mayami”nin super ulduzu Lionel Messi karyerasını bitirdikdən sonra gələcək planlarını ilk dəfə açıqlayıb.

Patrul.az xəbər verir ki, Argentinada LUZU TV-yə müsahibəsində Messi məşqçi olmaqdan çox klub sahibi olmağı düşündüyünü söyləyib.

“Düzünü desəm, özümü menecer kimi görmürəm. Menecer olmaq fikrini bəyənirəm, amma seçim etməli olsaydım, klub sahibi olmağı üstün tutardım, – deyə futbolçu qətiyyətlə bildirib.

O əlavə edib ki, onu ən çox cəlb edən şey öz klubuna sahib olmaq və bu klubu  böyütməkdir:

“Öz klubuma sahib olmaq və onu aşağıdan yuxarıya doğru böyütmək, gənc oyunçulara və digər insanlara inkişaf etmək və əhəmiyyətli bir şeyə nail olmaq imkanı vermək. Məni ən çox cəlb edən də budur”.

Qeyd edək ki, 38 yaşlı argentinalı hazırda MLS komandası “İnter Mayami”nin formasını geyinir. Karyerası ərzində Messi təxminən 890 qol vuraraq futbol tarixinin ən məhsuldar oyunçularından biri olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər