media-img_7074

Hindistana səfər edən dünya futbolunun ulduzu Lionel Messi ilə bağlı maraqlı iddia gündəmə gəlib.

Patrul.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, sosial mediada yayılan məlumatlarda Messinin Hindistana etdiyi səfər zamanı hinduların müqəddəs tanrılarından biri hesab olunan Hanumanın məbədini ziyarət etdiyi və dua etdiyi bildirilir.

Yayılan görüntülər və paylaşımlar qısa müddətdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu Messinin fərqli mədəniyyətlərə və inanclara hörmətinin göstəricisi kimi qiymətləndirib. Digər tərəfdən isə bəzi azarkeşlər məlumatın rəsmi təsdiqinin olmadığını qeyd edərək ehtiyatlı mövqe sərgiləyiblər.

Qeyd edək ki, Lionel Messi müxtəlif ölkələrə səfərləri zamanı yerli mədəniyyət və ənənələrlə tanış olması ilə dəfələrlə gündəmə gəlib. Sözügedən hadisə ilə bağlı futbolçunun özü və ya rəsmi nümayəndələri tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

Hadisə sosial mediada maraq doğurmaqda davam edir.

media-img_7075 media-img_7076


Bənzər xəbərlər