media-inshot_20260313_233941466

Ulduz argentinalı futbolçu Lionel Messinin “İnter Miami”də qazandığı illik gəlir açıqlanıb.

Patrul.az xəbər verir ki, bu barədə klubun həmtəsisçisi, amerikalı iş adamı Jorge Mas məlumat verib.

O bildirib ki, Messinin klubdan əldə etdiyi ümumi illik gəlir 70–80 milyon dollar arasında dəyişir:

“Mən Messiyə pul ödəyirəm. Bu, hər qəpiyə dəyər, amma ildə 70-80 milyon dollar arasında dəyişir. Hər şey daxil”.

Masın sözlərinə görə, bu məbləğ təkcə baza maaşını deyil, həm də müxtəlif bonusları və kommersiya gəlirlərini əhatə edir. Paketə performans bonusları, strateji tərəfdaşlıqlar və klubun dəyərinin artımından əldə olunan pay da daxildir.

“Major Liqa Futbolçular Assosiasiyası”nın məlumatına əsasən, Messinin baza maaşı 12 milyon dollar təşkil edir. Onun zəmanətli ümumi kompensasiyası isə təxminən 20,45 milyon dollar səviyyəsindədir.

İspaniya mətbuatı və maliyyə hesabatlarına görə, Messinin “Apple TV”, “Adidas” və digər qlobal sponsorluqlardan əldə etdiyi gəlirlər də nəzərə alındıqda, futbolçunun illik ümumi qazancı 135-150 milyon dollar təşkil edir.

Qeyd edək ki, Messinin komandaya qoşulmasından sonra “İnter Mayami” klubunun bazar dəyəri kəskin artaraq 585 milyon dollardan 1,35 milyard dollara yüksəlib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər