Perseid Meteor yağışı Türkiyə səmasını işıqlandırdı - FOTOLAR
Türkiyədə Perseid meteor yağışı səmada möhtəşəm görüntülər yaradıb.
Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, avqustun 12-dən 13-nə keçən gecə Türkiyənin Ankara, Konya, Sakarya, Bolu, Samsun, Giresun və Kütahya şəhərlərində Perseid meteor yağışı müşahidə olunub. Yağış səmada bənzərsiz işıq oyunları yaradıb.
Məlumata görə meteor yağışı “Altan ulduz” kimi tanınır və qlobal hadisə sayılır. Perseidlər ildə cəmi səkkiz dəfə baş verir və xüsusilə şəhər işıqlarının zəif olduğu ərazilərdə aydın görünür.
Meteor yağışları Yerə yaxınlaşan kometlərin və asteroidlərin buraxdığı toz və zibil izlərindən yaranır. Perseid meteor yağışı isə 1992-ci ildə Günəş ətrafında fırlanan Svift-Tutl kometinin qalıqlarına əsaslanır. Kometadan çıxan toz hissəcikləri saniyədə təxminən 59 km sürətlə Yer atmosferinə daxil olur və kosmik toz buludu atmosferin yuxarı təbəqəsi ilə toqquşaraq möhtəşəm alovlara çevrilir.
Qeyd edək ki, Perseid meteor yağışı tədqiqatçılar tərəfindən 2000 ildir ki izlənilir və ən qədim qeydlərdən bəziləri qədim Çinə aiddir.
Gülbəniz Səfərova








