media-inshot_20260220_092741386

Tanınmış meyxanaçı Aqşin Fatehin restoranı “By Fateh” bağlanıb. 

Patrul.az azxeber.com-a istinadla xəbər verir ki, meyxanaçı restoranın bağlandığını təsdiq edib. O, tezliklə yeni məkan açacağını da qeyd edib.

Xatırladaq ki, sözügedən məkanda qısa zaman öncə müştərilərə saxta içki verildiyi məlum olmuşdu.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilmişdi.


Bənzər xəbərlər