Məzun günündə diplomunu cırdı - VİDEO
İstanbulda Boğaziçi Universitetinin məzuniyyət mərasimində sosiologiya ixtisasını yüksək fərqlənmə ilə bitirən tələbələrdən birinin etiraz aksiyası görənləri təəccübləndirib.
Patrulaz.az “Türkiyə KİV”nə istinadla xəbər verir ki, Doruk Dörücü adlı məzun mərasimdə səhnəyə çıxaraq diplomunu yırtıb.
O, çıxışında Boğaziçi Universitetinə dövlət tərəfindən təyin olunan rektorlara və ölkədəki təhsil siyasətinə qarşı sərt mövqe sərgiləyib. Həmçinin o diplomu ləğv olunaraq tutulan Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə də açıqlama verdikdən sonra diplomunu hərkəsin gözünün qarşısında yırtaraq bu sözləri deyib:
“Diplomumu müvəkkildən deyil, Boğaziçinin seçilmiş rektorundan alacağam”, – deyə o, tribunalardan səslənib.
Etirazçı məzun çıxışında bu fikirləri də vurğulayıb:
“Bu diplom etibarsızdır. Fakültələri bağlayan, diplomları ləğv edən zalım rejimi rədd edirəm”.
Onun bu çıxışına qonaqlardan biri mənfi münasibət göstərsə də, salondakı digər iştirakçılar oğlanı alqışlarla dəstəkləyiblər.
Gülbəniz Səfərova