media-inshot_20251225_163623549

“Həmvətənlərinin bir arzusu var…”

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Milad gecəsi “X” platformasında paylaşdığı videoda xalqa müraciəti zamanı səsləndirib.

O, Rusiya Prezidenti Vladimir Putinin adını çəkmədən, “Hər birimiz özümüzə ‘Qoy məhv olsun’ deyə düşünə bilərik” ifadəsini işlədərək, həm özünün, həm də xalqının arzusunun Rusiya liderinin ölümü olduğunu üstüörtülü şəkildə ifadə edib.

Lakin Zelenskinin sözlərinə görə, Ukrayna xalqının hər şeydən üstün tutduğu əsas arzu sülhdür:

“Amma əlbəttə ki, Allaha üz tutanda daha böyük bir şey diləyirik. Biz Ukrayna üçün sülh arzulayırıq. Bunun uğrunda mübarizə aparırıq. Bunun üçün dua edirik. Və biz buna layiqik”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, ukraynalılar hər bir ailənin harmoniya içində yaşamasını, hər bir uşağın isə hədiyyələrə, təbəssümlərə, xeyirxahlığa və möcüzələrə inamla sevinməsini arzulayırlar:

“Rusiyanın gətirdiyi bütün əzablara baxmayaraq, ən vacib olanı işğal etmək və ya bombalamaq iqtidarında deyil. Bu, bizim Ukrayna ürəyimiz, bir-birimizə inamımız və birliyimizdir. Qədim zamanlardan bəri ukraynalılar Milad gecəsində göylərin açıldığına inanırdılar. Əgər o an arzunu dilə gətirsən, mütləq gerçəkləşər. Bu gün hamımızın bir arzusu var. Və hamımız eyni arzunu diləyirik”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, 25 dekabr 2022-ci ildə  Ukraynada genişmiqyaslı müharibənin ilk Miladı zamanı Moskva ölkənin enerji infrastrukturunu hədəf alan genişmiqyaslı raket və dron hücumu həyata keçirmişdi. Nəticədə kütləvi elektrik kəsintiləri baş vermiş, mülki şəxslər həlak olmuşdu.

Ötən il isə Rusiya yenidən 25 dekabrda  (Milad ərəfəsində) Ukraynaya 70-dən çox raket və 100-dən artıq dron buraxıb. Hücum nəticəsində Xarkov vilayətində azı bir nəfər ölüb, yarım milyon insan isə istiliksiz qalıb.


Bənzər xəbərlər