media-inshot_20260121_185358061

“ABŞ-Azərbaycan münasibətlərinin aktiv faza üzərindən inkişafının şahidiyik. ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi münasibətlər bu əlaqələrə daha da təkan verir. İlham Əliyevin yanaşması regionda sülhü və əməkdaşlığı təşviq etməkdir. Bu yanaşma ABŞ liderinin yanaşması ilə üst-üstə düşür”.

Bu fikirləri deputat Azər Badamov Patrul.az-a açıqlamasında Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoymaq məqsədilə yaradılan Sülh Şurasına təsisçi üzv kimi qoşulmağa dəvətinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması onun Ermənistanla sülh proseslərinə də öz töhfəsini verəcək:

media-inshot_20260121_184535024

“Bütövlükdə Azərbaycan qlobal sülhə töhfə verən ölkədir. Azərbaycan Prezidentinin bu yanaşması fövqəldövlətin başçısı tərəfindən yüksək dəyərləndirilir. Bütün platformalarda bu, aydın şəkildə dilə gətirilir. Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını bir müddət öncə elan etdi və Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət etdi. Azərbaycan həmin bu dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini artıq ABŞ tərəfinin diqqətinə çatdırıb. Yaxın günlərdə rəsmi təsdiq məktubunun ABŞ tərəfinə göndəriləcəyi gözlənilir. Azərbaycan beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə töhvə verən ölkədir. Dünyadakı prosesləri yaxından izləyir. Müharibə və münaqişələrin bitməsində maraq, eyni zamanda təşəbbüs göstərir. Düşünürəm ki, bu amilin özü Ermənistan-Azərbaycan arasında sülhün imzalanmasına son dərəcə müsbət təsir edəcək”.

“Dayanıqlı sülhün yeganə yolu iqtisadi əməkdaşlıqdan keçir. Xalqlararası inteqrasiya nə qədər tez və intensiv olarsa, sülh də bir o qədər dayanıqlı olacaq. Bu da müharibə riskinin tamamilə sıfıra endirilməsi deməkdir. Cənubi Qafqaz əsrlər boyu rəqabətə, münaqişə və müharibələrə şahidlik edib. Düşünürəm ki, regionun əməkdaşlıq potensialını üzə çıxarmaqla yanaşı, onun sülh və əməkdaşlıq profilini dünyaya qəbul etdirmək lazımdır ki, bu işdə Azərbaycan Lideri qətiyyət və təşəbbüskarlıq göstərir”, – deyə deputat əlavə edib.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər