Milli Onkologiya Mərkəzinə dövlət büdcəsindən pul ayrıldı - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Patrulaz.az xəbər verir ki. Sərəncam ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.






