Mingəçevirdə məktəblini avtomobil vurdu
Mingəçevir şəhərində 13 yaşlı məktəbli oğlanı maşın vurub.
Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində baş verib. Şəhər sakini İkram Yusifov idarə etdiyi VAZ-21015 markalı avtomobillə hərəkətdə olarkən 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub.
Piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






