media-inshot_20250825_080858265

Misirdə 300-dən çox rusiyalı turist  Xurqa hava limanında gözləməli olub.

Patrulaz.az xəbər verir ki, “Egypt Air” şirkətinə məxsus Airbus A330-300 tipli təyyarənin hidravlika sistemində problem yarandığına görə Xurqada-Moskva  istiqamətində həyata keçirilməli olan “MS 727” reysi təxirə salınıb.

Turistlərin bildirdiyinə görə, sərnişinlərin yalnız bir hissəsinə yemək paylanıb, digərlərinə isə heç nə verilməyib. Onlar həmçinin hava limanını tərk etməyə icazə almadıqlarını deyiblər.

“Günorta saatlarına yaxın əsəblər gərginləşməyə başladı. Bizə ehtiyat reysin Qahirədən göndərilə biləcəyi bildirildi, lakin son anda uçuş tamamilə ləğv edildi”, – sərnişinlərdən biri qeyd edib.

Turistlərin sözlərinə görə onlara otelə yerləşdiriləcəkləri vəd edilsə də, hazırda uşaqlılar və yaşlılarla birlikdə hava limanında saxlanılıblar. Son anda isə uçuş tamamilə ləğv edilib.

Xatırladaq ki, son aylarda müxtəlif istiqamətlərdə uçuşların ləğvi və gecikməsi ilə bağlı oxşar hallar müşahidə olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər