media-inshot_20260225_093606585

Rusiyanın Krasnodar şəhərində keçirilən qarışıq döyüş sənətləri turnirində MMA döyüşçüsünün qələbə sevinci bədbəxt hadisə ilə nəticələnib.

Patrul.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı MMA döyüşçüsü Aleksandr Sineşçuk debüt döyüşündə texniki nokautla rəqibinə qalib gəlib.

Hakim döyüşü dayandırdıqdan sonra o, qələbəsini qeyd etmək üçün döyüş meydançasında salto etməyə çalışıb. Lakin bu an sol ayağı bükülərək ağır zədə alıb.

Hadisədən sonra təcili yardımla xəstəxanaya aparılan MMA döyüşçüsü salto zamanı səhv etdiyini, gələcək döyüşlərdə qələbəsini daha təvazökar formada qeyd edəcəyini bildirib:

“Ayağımla bağlı nə deyə bilərəm: ciddi bir şey yoxdur. Onu müalicə etdilər, bir müddət gipsdə gəzməyimi dedilər və hazırda qoltuqağacından istifadə edirəm”, – deyə döyüşçü bildirib.


Bənzər xəbərlər