media-inshot_20250728_110453932

Rusiyanın Şeremetyevo hava limanında  nəqliyyat sıxlığı yaşanıb.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, iyulun 28-də səhər saatlarından etibarən “Aeroflot” aviaşirkətinə məxsus onlarla reys ləğv edilərək təxirə salınıb.

Sərnişinlər saatlarla uçuşlarını gözləməli olublar. Bir çoxu təyyarəyə minə bilmədiyi üçün hava limanını tərk etmək istəsə də, çıxış hissəsində uzun növbələr yaranıb və insan axını səbəbindən terminalda hərəkət çətinləşib.

“Aeroflot” baş verənlərlə bağlı açıqlama yayaraq bildirib ki, şirkətin informasiya sistemlərində baş vermiş texniki nasazlıq səbəbindən bəzi xidmətlər düzgün işləməyə bilər. Bununla yanaşı, nasazlığın konkret səbəbi açıqlanmayıb.

Qeyd edək ki, son aylar ərzində Moskva hava limanlarında tez-tez ləğv və gecikmələr qeydə alınır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər