"Moskva ilə Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edir" - Peskov
Kreml Prezident İlham Əliyevin MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməməsinə münasibət bildirib.
Patrul.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İlham Əliyevin sıx iş qrafiki səbəbindən Sankt-Peterburqa səfərinin baş tutmamasına Moskvanın anlayışla yanaşdığını bildirib.
Peskovun sözlərinə görə, Rusiya və Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bundan sonra da ardıcıl şəkildə inkişaf etdiriləcək:
“Moskva ilə Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edir”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etməməsini iş qrafikinin sıx olması ilə izah edib.






