media-inshot_20260428_101034276

Moskvada Qələbə Gününə həsr olunmuş hərbi paradın formatı ilə bağlı mühüm xəbərlər yayılıb.

Patrul.az xəbər verir ki, Kremlin rəsmi bəyanatına əsasən, mayın 9-da Qızıl Meydanda keçiriləcək paradın builki ssenarisində ciddi dəyişikliklər gözlənilir.

Ehtimallara görə, parad hərbi texnika olmadan baş tutacaq və müddəti 1 saatdan az olacaq.

Tədbirin belə “məhdud” formatda keçirilməsinin əsas səbəbi kimi resurs çatışmazlığı və hərbi texnikanın hazırda cəbhə bölgəsində istifadəsinin zəruriliyi göstərilir. Eyni zamanda, təhlükəsizlik tədbirləri çərçivəsində qonaqların sayı da kəskin azaldılıb; minlərlə tamaşaçı əvəzinə cəmi bir neçə yüz nəfərin dəvət olunacağı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl paradın ümumiyyətlə ləğv ediləcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hazırlıqların davam etdiyini vurğulayaraq, ləğv xəbərlərini rəsmən təsdiqləməyib.

Xatırladaq ki, son illərdə paradda texnika qıtlığı artıq bir tendensiyaya çevrilib. Məsələn, 2024-cü ildəki paradda cəmi bir ədəd tarixi T-34 tankı nümayiş etdirilmişdi. 2026-cı ilin aprel ayının sonuna olan məlumata görə, ağır zirehli texnikanın Qızıl Meydana çıxıb-çıxmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.


Bənzər xəbərlər