media-inshot_20250827_135603233

Rusiyanın Moskva şəhərində miqrant polisə hücum edib.

Patrulaz.az “Bash Tube” teleqram kanalında yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə paytaxtın Şyolkovskoye şossesində qeydə alınıb.

İlkin məlumata görə, miqrant əvvəlcə Daxili İşlər Nazirliyi və “Jilişnik” Dövlət Büdcə Müəssisəsinə məxsus avtomobillərə “Molotov kokteyli” atıb. Daha sonra isə bıçaqla polis əməkdaşlarına hücum edib.

Hücum edən şəxs zərərsizləşdirilərək saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) üzrə cinayət işi başlanıb.

İlkin ehtimallara görə, hadisənin səbəbi miqrantın hüquq-mühafizə orqanlarına nifrəti olub.


Bənzər xəbərlər