media-inshot_20250703_222512611

Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən zorakı əməliyyatlar zamanı daha bir “qanuni oğru” saxlanılıb.

Patrulaz.az “MASH” telegram kanalına əsasən xəbər verir ki, Moskva şəhərində Vaqif Süleymanov hüquq-mühafizə orqanları tərəfindən tutulub və Saxarova Miqrasiya Mərkəzinə yerləşdirilib. O, burada üç ay müddətində saxlanılacaq.

Xatırladaq ki, ötən gün Rusiya təhlükəsizlik qüvvələri Orenburq şəhərində daha bir azərbaycanlı “qanuni oğru” Zaur Şipilovu saxlayıb. O, cinayətkar təşkilat yaratmaq və ya belə bir təşkilatda iştirak (Rusiya Cinayət Məcəlləsinin 210-cı maddəsi) ittihamı ilə məsuliyyətə cəlb olunub.


Bənzər xəbərlər