Tehranın mərkəzindəki əməliyyatların sirləri açıldı - "Mossad"dan şok bəyanat
İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın rəhbəri David Barnea İsrail kəşfiyyatının İranda həyata keçirdiyi gizli əməliyyatların bəzi detallarını açıqlayıb.
Patrul.az xəbər verir ki, o, bu barədə qurumun qərargahında 2025-ci il üzrə mükafatların təqdim edilməsi mərasimi zamanı danışıb.
Bildirib ki, “Mossad” düşmən ölkələrin, xüsusilə İranın ən qapalı strukturlarına sızaraq strateji sirləri ələ keçirib.
Barnea qeyd edib ki, qurum artıq yalnız “müharibələr arası” fəaliyyət göstərən kəşfiyyat orqanı deyil, müharibə şəraitində İsrail Müdafiə Qüvvələri ilə çiyin-çiyinə çalışan “hücumyönümlü və effektiv” bir təşkilata çevrilib.
Kəşfiyyat rəhbəri İsrailin strateji gücünün maksimuma çatdığını bəyan edib.
Tədbirdə rəhbərlik nümayəndələri, “Mossad” əməkdaşları, eləcə də İsrail Müdafiə Qüvvələrindən və digər təhlükəsizlik və kəşfiyyat qurumlarından nümayəndələr iştirak ediblər.
Mərasimdə 2025-ci ilin ən uğurlu 10 əməliyyatı mükafatlandırılıb. Bu əməliyyatlara aşağıdakılar daxildir:
– Tehranın mərkəzində strateji hədəflərin məhv edilməsi:
– Yüksək rütbəli rəsmilərə qarşı xüsusi əməliyyatlar;
– Qapalı hərbi strukturlardan taktiki məlumatların əldə olunması.
Barneanın sözlərinə görə, bu fəaliyyətlər “Mossad”ı klassik kəşfiyyat xidmətindən birbaşa hücum gücünə malik çevik bir quruma çevirib.






