media-edea9fe5-c7fc-4242-a25c-bbd1070017cc

Bakının Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını pozaraq motosikletini tək təkər üstündə sürən moto sürücü ilə bağlı yayılan videogörüntülər üzrə araşdırmalara başlanılıb.

Patrulaz.az-ın Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, aprelin 25-də saat 20:50 – 21:00 radələrində sürət həddini aşaraq motosikletini yalnız bir təkər üzərində idarə edən sürücü barəsində yayılan görüntülərlə bağlı araşdırma aparılır.

“Hadisə ilə bağlı araşdırmalara başlanılıb, sürücünün kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, – deyə Bakı şəhər DYP İdarəsindən bildirilib.

Qeyd edək ki, sürücünün bu davranışı yalnız özünün deyil, ətrafdakı digər nəqliyyat vasitələrinin sürücülərinin də həyatını təhlükə altına atıb. Belə ki, hadisə zamanı prospektdə çoxlu sayda nəqliyyat vasitəsi hərəkətdə olub.

Sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyətdə geniş rezonans doğurub.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər