media-img_7740

Mozambik Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutundan (INGD) verilən açıqlamada, bir həftədir təsirli olan qasırğa səbəbiylə Zambezia, Nampula, Niassa və Cabo Delqado, Tete və Manica əyalətlərində 16 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada qasırğadan 302 min 653 nəfərin və 65 min 64 ailənin zərər çəkdiyi, 70 min 163 evin tamamilə və ya qismən dağıldığı, 988 evin su altında qaldığı bildirilib.

Açıqlamada, qasırğadan bir çox ibadət yeri, məktəblər, ictimai binalar, sağlamlıq bölmələri və yolların zərər çəkdiyi, 18 körpünün, 41 su kəmərinin və 101 min 239 əkinçilik sahəsinin “Jude” qasırğasının məhv edildiyi bildirilib.

Oktyabr-aprel ayları arasında şiddətli yağışların müşahidə olunduğu Mozambikdə 2024-cü ilin dekabrında ölkənin şimalını vuran Çido və Dikeledi qasırğalarından təxminən 736 min insan zərər çəkib.

INGD məlumatlarına görə, 2019-2023-cü illər arasında Mozambikdə güclü yağışlar və qasırğalar 4,9 milyon insana təsir edib və ən azı min nəfərin ölümünə səbəb olub.


Bənzər xəbərlər