media-f0452098-983f-426a-95f4-8ab5d62b05a2

2025-ci ilin aprel ayında Rusiya-Ukrayna müharibəsində vəziyyət yenidən gərginləşib. Belə ki, Putinin elan etdiyi 30 saatlıq “Pasxa” atəşkəsi Ukrayna tərəfindən “PR addımı” kimi qiymətləndirilib. Bu müddət ərzində isə Rusiya 2.935 dəfə atəşkəsi pozub. Atəşkəs bitdikdən dərhal sonra Rusiya Dnipro və Çerkasıya raket və dron hücumları təşkil edib. Ukrayna 42 dronu vurduğunu, 47-sini isə radioelektron vasitələrlə zərərsizləşdirdiyini açıqlayıb.
Volodimir Zelenski Rusiyanın atəşkəs təklifini səmimi saymayıb və 30 günlük atəşkəs çağırışı edib. ABŞ Prezidenti Donald Tramp isə irəliləyiş olmazsa, Vaşinqtonun sülh prosesindən çəkilə biləcəyi barədə xəbərdarlıq edib. Tərəflər arasında mövcud vəziyyəti Patrulaz.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə təhlilini verdi:

media-img_9808
“Rusiya-Ukrayna arasında atəşkəs sona çatdı. Lakin Rusiya yenidən Ukraynaya olan hücumlarını artırıb. Trampın 30 günlük atəşkəs təklifi də rəsmi Moskva tərəfindən qəbul edilmədi. Ötən həftə Parisdə də ABŞ-nin də iştiraki ilə Avropa dövlətlərinin Rusiya ilə bağlı iclası oldu. Artıq ABŞ də Rusiyanın danışıqlar masasına oturmaqda maraqlı olmadığının fərqindədir. Hətta Donald Tramp danışıqlar prosesindən çıxacağını da vurğulamışdı. Əgər nəticə yoxdursa, danışıqlar prosesi uzun müddət davam edə bilməz. Bununla bağlı ABŞ-nin dövlət katibi də öz mövqeyini açıqladı. Düşünürəm ki, ABŞ və Rusiya arasında danışıqlar mümkün olmayacaq. Çünki tərəflərdən biri tam güzəştə getməlidir. O cümlədən ABŞ Ukrayana yardımlarını artıracaq. Rusiyanın irəliləyişi mümkün deyil. Ukrayna Belqorodda irəliləyir, Kurskda əməliyyatları davam etdirir. Donald Tramp isə Rusiyanının ya şərtlərini qəbul etməlidir, ya da Ukraynaya olan hərbi dəstəyini daha da artıracaqdır. Düşürəm ki, bu məsələdə ABŞ və Avropa ölkələrinin mövqeyi üst-üstə düşəcək”.

Bir sözlə, politoloqun fikrincə, ABŞ-Rusiya danışıqları yaxın perspektivdə mümkün olmayacaq, çünki tərəflərdən heç biri ciddi güzəştə getmək istəmir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər