media-inshot_20260427_194948313

İranın Məşhəd-Ərdəhal şəhərində açılışı edilən bir divar rəsmi ölkədə və dünya mətbuatında böyük qalmaqala səbəb olub.

Patrul.az xəbər verir ki, “Amerika-Sionist Rejiminin Təcavüzünə Qarşı Epik Şəhidlər” adlanan kompozisiyada İranın yeni Ali Lideri Müctəba Xameneinin şəklinin öldürülən digər fiqurlarla bir sırada yer alması onun sağ olub-olmadığı sualını yenidən gündəmə gətirib.

Rəsmdə Müctəba Xameneinin portreti ABŞ hücumunda həlak olan Qasım Süleymani və rəsmi məlumata görə helikopter qəzasında ölən İbrahim Rəisi ilə yanaşı təsvir edilib. Bu mənzərə sosial media istifadəçiləri tərəfindən “Müctəba Xamenei gizli şəkildə dəfn edilibmi?” sualı ilə qarşılanıb.

Xüsusilə helikopter qəzasında həlak olan İbrahim Rəisinin “İsrail və ABŞ təcavüzü qurbanları” siyahısına daxil edilməsi diqqətdən yayınmayıb. Bu fakt Rəisinin ölümünün təsadüfi bir qəza deyil, məqsədli bir sui-qəsd olması barədə iddiaları rəsmiləşdirən gizli bir mesaj kimi şüphələri artırıb.

Xatırladaq ki, 2026-cı ilin mart ayında atası Əli Xameneinin vəfatından sonra İranın 3-cü Ali Lideri Müctəba Xamenei seçilib. Onun hakimiyyətə gəldiyi gündən bəri ictimaiyyət qarşısına çıxmaması müxtəlif spekulyasiyalara səbəb olub.

Əsas iddialardan biri Müctəba Xameneinin 28 fevral 2026-cı ildə atasının da həlak olduğu iddia edilən ABŞ və İsrailin hava hücumları zamanı ağır yaralanmasıdır. Bəzi mənbələr onun üz və ayaq nahiyəsindən ciddi xəsarətlər aldığını, hətta ABŞ rəsmilərinə istinadən artıq “fiziki əlil” vəziyyətində olduğunu iddia edir.

Qərb kəşfiyyatının məlumatlara görə, Müctəba Xamenei Qum şəhərində gizli klinikalardan birində huşsuz vəziyyətdə (komada) müalicə olunur. Məşhəddə divar rəsmlərindən birində onun “şəhidlər” siyahısında göstərilməsi isə artıq öldüyü, lakin bu məlumatın rəsmi şəkildə gizlədildiyi barədə iddiaları daha da gücləndirib.

İran rəsmiləri, o cümlədən Xarici İşlər Nazirliyi isə onun sağ olduğunu və vəziyyətinin stabil qaldığını bildirsə də, liderin uzun müddətdir video müraciətlə çıxış etməməsi bu açıqlamalara şübhə yaradır. Diplomatik mənbələr isə onun qərarları audio-konfrans vasitəsilə verdiyini iddia edir.


Bənzər xəbərlər