Müğənni 11-ci dəfə burnundan əməliyyat olundu
Müğənni Murat Dalkılıç burun sümüklərinin anadangəlmə olaraq çölə doğru inkişaf etməsi problemi səbəbilə dəfələrlə əməliyyat olunub.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, məşhur müğənni sosial media hesabında etdiyi paylaşımla gündəmə gəlib.
41 yaşlı sənətçi yenidən bıçaq altına yatıb və son halını izləyiciləri ilə bölüşüb.
Murat Dalkılıç daha əvvəl verdiyi açıqlamada belə demişdi: “Mənim bir xəstəliyim var. Burun sümüklərim çölə doğru çıxırdı. Həkim o sümükləri götürərkən qığırdağımı da götürüb. Həyatımın ən çətin dövrləri başladı. Bədənimin bir çox yerindən bir şeylər götürülüb burnuma əlavə olundu”.
Ləman Sərraf







