media-dd4b42f1-1c30-49de-8cca-9a34f05f8eb0

İsrail əsilli müğənni Linet konsert verəcəyi məkanda etirazlarla qarşılaşdığı üçün səhnəyə çıxa bilməyib. 

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, baş verən hadisələrdən sonra Linet video paylaşaraq Prezident Rəcəb Tayyib Ərdoğana səslənib və “Can təhlükəsizliyim yoxdur” ifadələrini işlədib.
Müğənni Linet Menaşinin Maslakda konsert verəcəyini öyrənən bir qrup insan etiraz üçün bir yerə toplaşıb. Sıxlığın artması səbəbindən təhlükəsizliyi təmin etmək məqsədilə polis qüvvələri də hadisə yerinə cəlb olunub.
Linet baş verənləri sosial media hesabından paylaşdığı video ilə izləyicilərə çatdırıb. Qorxduğu açıq-aşkar görünən məşhur müğənni bu sözləri deyib:
“Çox çətin bir vəziyyətdən sizə səslənirəm. Hazırda kulisdəyəm və konsertə hazırlaşıram. Bəlkə eşidirsiniz, çöldə etiraz edirlər. Çox məyusam və can təhlükəsizliyim yoxdur. Sizdən xahiş edirəm, mənə sahib çıxın”.
Linet Menaşi sözlərinə belə davam edib:
“Mən bir türk vətəndaşıyam, bir sənətçiyəm. Bu günə qədər yalnız səslə var olmuşam. Cənab Prezidentim, hörmətli Emine Erdoğan xanım, xahiş edirəm mənə dəstək olun, bu zülm artıq bitsin. Türkiyəyə buradan səslənirəm: Mən yalnız səslə var olmuşam və bundan sonra da belə olacaq. Sizdən xahiş edirəm, bu yolda məni tək qoymayın”.

Ləman Sərraf


Bənzər xəbərlər