media-40cef22c-c5a3-48f2-86ef-2b91f9921bb0

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində Aksarayda səhnəyə çıxan pop musiqisinin sevilən ifaçısı Ece Seçkin minlərlə nəfərlik izdihama unudulmaz bir gecə yaşadıb. Lakin konsertin irəliləyən dəqiqələrində baş verən gözlənilməz hadisə izləyicilərə qorxu dolu anlar yaşadıb.

Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aksaray Bələdiyyəsinin təşkil etdiyi tədbirdə səhnəyə çıxan Ece Seçkin enerjili performansıyla meydana toplaşan gəncləri coşdurub. Sənətçinin sevilən mahnılarını hamılıqla oxuyan kütlə bayram coşqusunu doyunca yaşayıb. Lakin konsertin ortasında səhnənin sol tərəfində yerləşən işıqlandırma dirəyinə bir izləyicinin dırmaşması səbəbilə tədbirə qısa müddətlik fasilə verilib. Dirəyə çıxan şəxsin yıxılma təhlükəsi həm səhnədəki sənətçiləri, həm də tamaşaçıları narahat edib.
Ece Seçkin çıxışını yarımçıq saxlayaraq mikrofondan gəncə səslənib: “Nə edirsən, qardaşım? Xahiş edirəm düş aşağıya. Burada bu qədər insan əylənir. Etmə, eləmə! Səni təhlükəsiz şəkildə endirməliyik, bu heç də gülməli deyil. Mənim ürəyim dayanacaq, məsələn… Allah eləməsin, oradan yıxılsan nə edəcəyik?”
Konsertin davamında danışan Ece Seçkin belə deyib:
”Bu gün burada möhtəşəm bir enerji var. Hamınızla bir yerdə olmaq böyük xoşbəxtlikdir. Yenə də unutmayaq ki, əylənmək gözəldir, amma təhlükəsiz olmaq daha da gözəldir”.

Ləman Sərraf

media-1237521b-3430-4353-af9c-cbfe9818d72b


Bənzər xəbərlər