Qəzzada İsrail ilə Həmas arasında atəşkəsin 4-cü günündə verilən açıqlamada İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.

“Patrulaz” xarici mətbuata istinadən xəbər verir ki, son 24 saat ərzində xəstəxanalara 54 ölü və 19 yaralının daxil olduğu bildirilib. Həyatını itirənlərdən 53-nün dağıntılar altından çıxarıldığı, 1 nəfərin isə əvvəlki hücumlarda aldığı yara səbəbindən öldüyü qeyd olunub.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 47 min 161-ə, yaralıların sayı isə 111 min 166-ya yüksəlib.

Mülki müdafiə qrupları isə dağıntılar altında qalanlara çatmaq üçün axtarış-xilasetmə işlərini davam etdirir.


Bənzər xəbərlər