Müsəlman gənci bütlərə səcdə etməyə məcbur etdilər - VİDEO
Hindistanda müsəlman gənc bütlərin qarşısında səcdəyə məcbur edilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər böyük hiddətə səbəb olub.
Məlumata görə, müsəlman gəncin zorla bütlərin qarşısında əyilməsinə məcbur edilməsi ilə yanaşı, hindutva şüarı olan “Jai Şri Ram” ifadəsini deməsi də tələb olunub.
Hadisənin məqsədinin gənci dini inancına zidd olaraq alçaltmaq və ona psixoloji basqı göstərmək olduğu bildirilir.
Hüquq müdafiəçiləri Hindistan hökumətini ictimai asayişi təmin etməyə, cinayətkarları taparaq məsuliyyətə cəlb etməyə çağırıblar. Onlar bu addımı “dini azadlıqların pozulması” kimi qiymətləndiriblər.






