media-inshot_20250820_094511391

Myanmada ordu mülki əhaliyə qarşı hava hücumu həyata keçirib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Kayah bölgəsində baş verib.

Hücum nəticəsində ikisi uşaq, səkkizi qadın olmaqla 32 nəfər həyatını itirib.

Xatırladaq ki, 2021-ci ildə dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirən Myanma hərbiçiləri son illərdə mülki yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hücumlar həyata keçirirlər.

Ölkədə “Üç Qardaş Alyansı” adı altında birləşən – Myanma Milli Demokratik Alyans Ordusu, Buddist Arakan Ordusu və Taanq Milli Azadlıq Ordusu Myanma ordusuna qarşı silahlı müqavimət göstərir.

Qeyd edək ki, BMT-nin 2024-cü il statistikasına əsasən, hərbi çevrilişdən bəri Myanmada 5 350 mülki şəxs həlak olub, 3,3 milyon insan isə didərgin düşüb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər